“Təhqir intellektual imkanların məhdud olmasından irəli gəlir” - ADİL ŞÜKÜROV QEYRİ-MÜBARİZƏ ÜSULLARINDAN NARAHATDIR

  • By admin
  • 12 Mart 2018 12:30

 

“Siyasi mübarizə intellektual müstəvidə aparılmalıdır, əxlaqi dəyərlər gözlənilməlidir. Bu gün təəssüf ki, Azərbaycan reallıqlarında bunun əksini görürük. Avropada mühacir statusu alan bir qrup şəxs bütün sərhədləri aşır, dövlətin rəhbərliyinə qarşı təhqirlər yağdırır. Bu insanlar guya Konstitusion haqları uğrunda mübarizə apardıqlarını deyirlər. O zaman sual edirəm: Ölkənin başçısı Konstitusiya ilə dövlətin simvolu hesab edilirsə,və toxunulmazdırsa o zaman niyə, dövlət rəmzlərini təhqir edirlər? Təhqir cılızlıqdır, intelektual imkanların məhdud olmasından irəli gəlir”.

Bu sözləri Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Həkim-Sanitar Xidmətinin rəisi, YAP fəalı Adil Şükürov söyləyib.

Son zamanlar sosial şəbəkələrdə yaşananlarda  narahatlığını ifadə edən YAP fəalı bunun antimilli maraqlara xidmət etdiyini deyir: “Hər bir ölkənin müxalifəti olmalıdır. Buranı bəyənməyib, mühacirətə üz tutanların da olması təbiidir. Keçmiş sovet ölkələrindən də Avropada mühacirlər var. Kimsə görübmü ki, həmin mühacirlər Avropada öz dövlət rəmzlərinin əleyhinə belə kampaniya aparır? Yaxud, siyasi mübarizədə bu cür metodlardan istifadə etsinlər? Bu şeyləri görəndə bəzən məndə o insanların milli kimliyinə şübhə yaranır”.

Elmar Elnuroğlu

Gununsesi.info