YAP Xocalı soyqrımını andı

  • By admin
  • 25 Fevral 2017 13:26
xocali_250208
Bu gün YAP Xətai rayon təşkilatında Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı tədbir keçirilib. 
Gununsesi.info  xəbər verir , tədbirdə çıxış edən YAP sədrinin müavini – icra katibi, Baş nazirin müavini Əli Əhmədov Xocalı faciəsinin Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu deyib.
Onun sözlərinə görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə Xocalı şəhərində yüzlərlə günahsız dinc əhaliyə, o cümlədən qadın, qoca və uşaqlara qarşı ən qəddar cinayətlər törədiblər. Soyqırımı nəticəsində 613 Xocalı sakini vəhşicəsinə öldürülüb. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlardır. O müdhiş gecədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib.
 Baş nazirin müavini deyib ki, Xocalı heç vaxt unudulmamalıdır:
“Amma söhbət təkcə unutmamaqdan getmir. Biz  Xocalı faciəsini törədənlərin cinayət məsuliyyətinə cəlb edilməsinə, törətdikləri qətliama görə cavab verməsinə nail olmalıyıq. Bütün dünyanın və bizim qarşımızda duran əsas məqsəd bundan ibarət olmalıdır. Bu o demək deyil ki, biz qisasçı xalqıq. Azərbaycan xalqı heç vaxt qisasçı olmayıb. Biz, sadəcə, xalqızımıza təcavüz edənlərin, soyqırımı törədənlərin cəzalanmasına nail olmaq istəyirik. Təbliğat işləri də aparılmalıdır. Bizim bütün səylərimiz ona yönəlməlidir ki, dünya birliyi, beynəlxalq təşkilatlar Xocalını soyqırımı kimi tanısın”.
 
Ə. Əhmədov diqqətə çatdırıb ki, bu gün dünya ictimaiyyətinin Xocalı həqiqətləri barədə məlumatlandırılması istiqamətində işlər davam etdirilir.
Baş nazirin müavini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının bu istiqamətdə böyük rolunun olduğunu diqqətə çatdırıb.
Qeyd edib ki, artıq bir sıra ölkələrin parlamentləri, ABŞ-ın 20-dən çox ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və qınayan sənədlər qəbul ediblər.
Milli Məclisin sədr müavini Bahar Muradova isə çıxışında  isə beynəlxalq təşkilatları bu məslədə tutuduğu laqeyid münasibətə görə, xüsusən də  ATƏT-in Minsk qrupunu tənqid edərək bildirib ki, onlar ya birdəfəlik üzərlərinə götürdükləri missiyanın öhdəsindən gəlib Dağlıq Qarabağ münaqişəsini həll etməli, işğalçı Ermənistanın əməllərinə qiymət verməli, ya da bacarıqsızlıqlarını etiraf edib geri çəkilməlidirlər: “Hətta bəzi məsələlərdə ermənilərdən maliyyə asılılıqları olduğunu etiraf edib, kənara dursunlar, o zaman Azərbaycan özü öz torpaqlarının geri qaytarılmasının öhdəsindən gələcək. Çünki biz buna qadir güclü dövlətik”.
 
Tədbirdə çıxış edən digrə iştirakçılar da ermənilər vanadlizmi haqqında, eyni zamanda beynəlxalq aləşin  ermənilərin insanlığa qarşı törətdiyi bu vəhşiliklərə göz yumaraq, onları işğaçı siyasətini davam  etdiməsin şərait yaratadığı üçün qınadılar.
 
Mürtəza
Gununsesi.info