Əfqanıstanda daha bir İŞİD lideri öldürüldü

  • By admin
  • 08 May 2017 14:12

08

Əfqanıstanın şərqində Qəndəhar vilayətində İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının lideri məhv edilib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu haqda Əfqanıstan hökumətinin qaynaqları məlumat yayıb.

Belə ki, 10 gün ərzində Əfqanıstan Təhlükəsizlik Qüvvələri tərəfindən həyata keçirilən xüsusi əməliyyat zamanı İŞİD-in Əfqanıstan üzrə lideri Abdul Hasib daxil olmaqla, daha 100 nəfər terrorçu öldürülüb.

Qeyd edək ki, mart ayında Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitala tәşkil edilәn bombalı vә silahlı hücumla bağlı məsuliyyəti A.Hasib öz üzərinə götürmüşdü.

Xatırladaq ki, 2016-cı il iyulun 26-da ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarələrin həyata keçirdikləri əməliyyat zamanı İŞİD-in Əfqanıstan üzrə lideri Hafiz Səid öldürülüb. Onun ölümündən sonra yerinə A.Hasib təyin edilib.

Hazırda Əfqanıstanda terrorçulara qarşı başladılan hərbi əməliyyatlar davam etdirilir.

Anar

Gununsesi.info