Əflatun Amaşov iranlı həmkarı ilə görüşüb

  • By admin
  • 07 Noyabr 2016 11:18
eflatun
Əflatun Amaşov İran Parlamentində türkdilli millət vəkilləri fraksiyasının sədri ilə görüşüb.
Gununsesi.info xəbər verir ki, İranda səfərdə olan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov İran Parlamenti sədrinin I müavini, azərbaycanlı deputatların yaratdıqları türkdilli millət vəkilləri fraksiyasının sədri Məsud Pezeşkianla görüşüb.
Ə.Amaşovun bildirdiyinə görə bir saata yaxın səmimi atmosferdə keçən görüşdə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Ə.Amaşov Şərqdə yaradılmış ilk demokratik respublikanın – Azərbaycan Xalq Cümuriyyəti parlamentinin fəaliyyətini əks etdirən 2 cildlik kitabı fraksiya sədrinə hədiyyə edib.
Mürtəza
Gununsesi.info