Əfqan Muxtarlı aclıq aksiyasını dayandırdı

  • By admin
  • 24 Sentyabr 2019 17:58

Jurnalist Əfqan Muxtarlı aclıq aksiyasını dayandırıb.

Gununsesi.org xəbər verir ki, bu barədə  gənclər hərəkatının fəallarından, olan Vətəndaş Həmrəyliyi Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli feysbukda yazıb. O bildirib ki, 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyası keçirən, siyasi məhbus, araşdırmaçı jurnalist Əfqan Muxtarlı keçirdiyi aclıq aksiyasını bu saatlarda dayandırıb: “Səhhətində yaranan problem və aclıq aksiyasını dayandırmaqla bağlı ona edilən müraciəti əsas götürüb.

Məlumat üçün bildirim ki, Əfqan Muxtarlı şəkərli diabetdən əziyyət çəkir, üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb”.