Əfqan Muxtarlının həbs müddəti artırılıb

  • By admin
  • 17 Avqust 2017 14:00

efqan-muxtarli

Həbsdə olan jurnalist Əfqan Muxtarlının həbs müddəti uzadılıb.

Gununsesi.info xəbər verir ki, vəkil Nemət Kərimlinin apa-ya verdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Ə.Muxtarlının həbs müddəti iki ay artırılıb.

Ə.Muxtarlı mayın 29-da Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən o, xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərinə şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanıb.

Ə.Muxtarlıya qarşı Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə ittiham irəli sürülüb.

Gununsesi.info