Əli Hüseynli susqunluğunun səbəbini açıqladı…

  • Müəllif: admin
  • 05 İyun 2017 11:46

ali-huseynli-1

“Cəmiyyətə ziyan, zərər verən məsələlər sirasında siqaret məsələsi mənim üçün ən axırda gəlir…”

Milli Məclisin (MM) Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ” Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı indiyə qədərki susqunluğunun səbəbini  açıqlayıb.

Gununsesi.info-nun xəbərinə görə, iyunun 5-də Milli Məclisin (MM) Sosial siyasət və əmək, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi zamanı komitə sədri deyib ki, cəmiyyət üçün adıçəkilən məsələdən daha zərərli məsələlər var:

“Cəmiyyətə ziyan, zərər verən məsələlər sirasında siqaret məsələsi mənim üçün ən axırda gəlir. Bundan daha zərərli, ziyanlı məsələlər var…Ona görə bu barədə indiyə kimi danışmırdım… Ancaq mən də hesab edirəm ki, belə bir sənədin qəbulu vacibdir…”

KAMİL

Gununsesi.info