Əli Mirəliyevin qızından qalmaqallı açıqlama: “Gərək Orxanla Vüqarı da tutsunlar”

  • By admin
  • 11 İyul 2016 17:09

sammm

 

“İlhamə Quliyevanın sabiq köməkçisi Mehriban Hüseynovanın həbsdən azad edilməsi üçün ona kömək etmək istəyirik. Bu istiqamətdə artıq işlər aparılır”. Bu haqda Gununsesi.info-ya mərhum xalq artisti İlhmə Quliyevanın yaxın qohumu Samirə Mirəliyeva məlumat verib. Onun sözlərinə görə, Mehriban Hüseynovanın həbsi qurama işdir: “Bu tamamilə başqa bir işdir. Əslində, cinayətdir. Mehriban Hüseynovanın həbsi əvvəlcədən düşünülüb, quramadır. O, kimlərinsə güdazına gedib. Mehribanın bu işdə heç bir günahı yoxdur. Bu mənim şəxsi fikrimdir. Ancaq məsələ belədir ki, əgər Mehribanı bu cinayət işiylə bağlı həbs ediblərsə, onda gərək Orxanı və onun dostu Vüqarı da tutsunlar. Bu işdə kimin kim olduğu gün kimi aydındır. Niyə təkcə Mehribanı tutublar? Axı bu işi üçü də görüb. O zaman ya Mehriban azad olunmalıdır, ya da digərləri də həbs edilməlidir”-, deyə o bildirib.

Qeyd edək ki, xalq artisti İ.Quliyevanın sabiq köməkçisi M.Hüseynova 2015-ci il oktyabr ayının 21-də həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 29,180.3.2-ci (soyğunçuluğa cəhd, zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. 2016-cı il fevral ayının 13-də Səbail Rayon Məhkəməsində M.Hüseynova barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti üç ay uzadılıb.

Xatırladaq ki, İ.Quliyeva 2016-cı il fevral ayının 25-də səhər saatlarında 73 yaşında dünyasını dəyişib.

 

Xəyalə Xanəziz