Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu “Avro-2016”nın final oyunundan sonra “Gümüş buts” mükafatını komanda yoldaşı Naniyə hədiyyə edib.
Gununsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, bununla əlaqədar Nani “İnstagram” səhifəsində bunları yazıb: “Sən kapitandan da artıqsan, sən əsil çempionsan. Hədiyyənə görə təşəkkür edirəm. Portuqaliya irəli. Biz çempionuq”.
Ronaldu turnirdə 625 dəqiqə meydanda olub. O, 3 qol vurub və 3 ötürmə edib. Naninin aktivində isə 3 qol və 1 məhsuldar ötürmə var.
“Qızıl buts”a Fransa millisinin üzvü Antuan Qrizman sahib olub.
Qeyd edək ki, “Avro-2016”nın finalında Portuqaliya millisi Fransanı 1:0 hesabı ilə məğlub edərək tarixində ilk dəfə Avropa çempionu olub.
Gununsesi.info