
Bu gün Azərbaycanın tanınmış ictimai xadimi Əliməmməd Nuriyevin doğum günüdür.
Gununsesi.info xatırladır ki, Əliməmməd Nuriyev 01 mart 1964 -cü ildə Masallı rayonunun Ərkivan kəndində doğulub.
Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib.
Tələbəlik həyatından Azərbaycanın Milli Azadlıq Hərəkatna qoşulan Əliməmməd Nuriyev AXC hakimiyyəti dönəmində Prezident Administrasiyasında yüksək vəzifə tutub.
1995-ci ildə AXC-nin partiyaya çevrilməsində xüsusi rolu olan Əliməmməd Nuriyev uzun illər aktiv siyasətlə məşğul olub.

Milli Məclis deputatı olan Əliməmməd Nuriyev sonrakı illərdə aktiv ictimai fəalliyyətlə məşğul olub.
Hazırda Konstitusiya Araşdırmaları Fonduna rəhbərlik edən Əliməmməd Nuriyev, həmçinin, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü olmaqla yanaşı, həm də Ədliyyə Nazirliyi Yanında Penitensiar Xidmətə Nəzarət İctimai Komitəsinin sədridir.
Gununsesi.org olaraq biz də Əliməmməd bəyi doğum günü münasibəti ilə təbrik edir,ona işlərində uğurlar arzu edirik.
Gununsesi.org












