ABŞ Üsamə Ben-Ladenin oğlunun başına bu qədər pul qoydu - HƏMZƏNİN ADI QLOBAL TERRORÇULAR SİYAHISINDADIR

  • Müəllif: admin
  • 01 Mart 2019 09:32

ABŞ hökuməti “Əl Qaidə”nin keçmiş lideri Usame Bin Ladinin oğlu Həmzə Bin Ladinin başına 1 milyon dollar mükafat qoyub.

Gununsesi.org  xəbər verir ki, bu barədə ABŞ Xarici İşlər Nazirliyi yazılı açıqlama yayıb. Açıqlamada Həmzə Bin Ladinin “Əl Qaidə” terror təşkilatında yüksələn lider olduğu və 2015-ci ildən bu yana ABŞ hərbi bazalarına hücuma təşviq edən videolar çəkdiyi, 2011-ci ildə öldürülən atasının intiqamını almağa çağırışlar səsləndirdiyi ifadə olunub.

Açıqlamada həmçinin qeyd olunub ki, Həmzə Bin Ladin 2017-ci ildə qlobal terrorçular siyahısına salınıb, bu səbəbdən də ABŞ-da olan bütün sərvəti dondurulub. ABŞ XİN “Ədalət üçün mükafat” proqramı çərçivəsində onun yeri haqqında məlumat verənə 1 milyon dollar təklif edib.