Əliyevin sədrlik etdiyi tədbirdə Putinin müraciətini oxundu

  • By admin
  • 11 Oktyabr 2021 21:37

Rusiya xarici işlər naziri Sergey Lavrov Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantıda Prezident Vladimir Putinin müraciətini səsləndirib.

Gununsesi.info xəbər verir ki, o, daha öncə yubiley toplantısına dəvət aldığı üçün Qoşulmama Hərəkatının sədri, Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını edib.

Prezident Vladimir Putin müraciətində Qoşulmama Hərəkatının beynəlxalq məsələlərdə mühüm rol oynadığını vurğulayıb, təşkilatın bütün ölkələrin qeyd-şərtsiz bərabərliyi, onların suverenliyinə hörmət prinsiplərinin keşiyində dayandığını qeyd edib.

Qeyd edək ki, oktyabrın 11-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı keçirilib.

Gununsesi.info