Ən böyük faiz gəliri olan bank hansıdır? - HESABAT

  • By admin
  • 26 Aprel 2018 11:54

Bank sektorunda mənfəət açıqlayan banklardan biri də artdı.  Gununsesi.info FED.az-a istinadən  xəbər verir ki, “Xalq Bank” 2018-ci ilin birinci rübünü 7 milyon 523 min manat xalis mənfəət açıqlayıb. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 12 dəfə artım deməkdir. Çünki bank 2017-ci ilin 1-ci rübünü 598 min manat xalis mənfəətlə bağlamışdı.

Faiz gəlirləri 27 milyon manat

Hesabata görə, bankın faiz gəlirləri 27 milyon 88 min manat təşkil edir. Bank faizlər üzrə xərclərə isə 5 milyon 767 min manat yönəldib. Nəticədə xalis faiz gəliri 21 milyon 320 min manat olub. Bankın qeyri-faiz gəlirləri 3 milyon 46 min manat, qeyri-faiz xərcləri isə 8 milyon 555 min manata çatıb. Xalis faiz gəliri və qeyri-faiz gəlirləri toplamaqla, qeyri-faiz xərclərini çıxdıqdan sonra bankın əməliyyat mənfəəti 15 milyon 811 min manat təşkil edib.

Ehtiyata 8 milyon ayırdı

Xalq bank aktivlər üzrə mümkün zərərlərə 8 milyon 299 min manat ehtiyat vəsait ayırıb. Nəticədə bank mənfəətdən də vergi ödəmədiyindən 7 milyon 522 min manatda qərarlaşıb.

Kredit portfeli azalıb 

“Xalq Bank”ın bu ilin birici rübünə olan aktivləri 2 milyard 225 milyon 651 min manat olub. Bunun təxminən yarısını – 1 milyard 322 milyon 549 min manatını müştərilərə verilən kreditlər təşkil edir. Halbu ki, 2017-ci ilin sonunda 1 milyard  814 milyon manat aktivlərin 1 milyard 312 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil etmişdi.

Mərkəzi Banka borcu var

Bank 1 milyard 489 milyon 903 min manat depozit portfelinə malikdir, Mərkəzi Bankın banka qarşı tələbi isə 31 milyon 492 min manat təşkil edir.
Xalq bankın öhdəliklərindən 174 milyon 249 min manatı digər maliyyə inistutlarının kreditləri təşkil edir.
Bu ilin 3 ayının sonunda bankın cəmi kapitalı 266 milyon 844 min manat təşkil edir. Bankın nizamnamə kapitalı 225 milyon 79 min manat manatdır.



Gununsesi.info