
1001 dərdin dərmanı rozmarin bitkisi! Rozmarin zobu sağaldır, təzyiqi, şəkəri salır, arıqladır, saç tökülməsinin qarşısını alır… bir sözlə, xeyrini saymaqla qurtarmaz!
Gununsesi.info faydalı bitkilər silsiləsindən rozmarini təqdim edir.
Rozmarin saş tökülməsinə qarşı bağda bitən ən yaxşı vasitədir. Rozmarini qədim yunanlar və romalılar əsrlər boyu dərman vasitəsi kimi istifadə ediblər. Rozmarin həzmlə ilə bağlı problemlərin müalicəsi və yüksək arterial təzyiqin tənzimlənməsi üçün əvəzolunmaz bitkidir. Araşdırmalara görə, rozmarin bitkisi qalxanabənzər vəzinin fəaliyyətini tənzimləyir və baş ağrılarının çəkilməsinə komək edir. Bundan başqa rozmarin saç artımının stimullaşdırılması üçün də xüsusilə faydalıdır. Əgər siz mədə ilə bağlı problemlərdən və ya qarın köpündən əziyyət çəkirsinizsə, rozmarin onların öhdəsindən asanlıqla gələcək. Araşdırmalar təsdiq edir ki, bu otlar eyni zamanda çəki itkilərinə də kömək edir. Bundan başqa rozmarin bronxitdə olan bütün növ infeksiyaların qarşısını almağa qadirdir. Rozmarin qan dövranını stimullaşdıraraq, saçların sürətli artımına və yeni saçların meydana gəlməsinə səbəb olur. Eyni zamanda saç tökülməsinin də qarşısını alır. Lakin rozmarin uşaqlara zərərlidir, hamilə qadınlara isə öz həkimləri ilə əsləhətləşdikdən sonra tövsiyə olunur. Rozmarinin yeməklərin hazırlanması zamanı da az miqdarda istifadəsinə yol verilir. Rozmarinin yarpaqlarından özünüzə çay hazırlaya bilərsiniz. Bu çay orqanizminizin dincəlməsinə və sakitləşməsinə kömək edəcək.
Bundan başqa rozmarin depressiya və aybaşı tutmalarını da xeyli azalda bilər.
Aşağıdakı reseptdən hər kəs faydalana bilər.
Hazırlanma qaydası:
1 çay qaşığı təzə və ya qurudulmuş rozmarini götürün və bir stəkan qaynar suya yığın. 15 dəqiqə saxlayın, sonra süzgəcdən keçirin. Səhərlər və günün ikinci yarısında, gündə iki fincan için. Gecə içmək məsləhət deyil, çünki rozmarin yuxunu poza bilər.
Gülnaz Qənbərli
Gununsesi.info











