Ərəblər Azərbaycanda əti bahalaşdırdılar - QOYUNLARIMIZ ƏRƏB ÖLKƏLƏRİNƏ APARILIR

  • By admin
  • 27 İyul 2017 10:14

ereb

“Azərbaycanda ət qıtlığı yaranıb. Buna səbəb isə ərəblərin heyvandarlıqla məşğul olan bölgələrdən iri və xırdabuynuzlu mal-heyvanı   bazardan yığmasıdır.”

Bu haqda Gununsesi.info-ya ət  satışı ilə məşğul olan  qəssablar məlumat veriblər. Qəssab Hafiz Əsədov bildirib ki, ət qıtlığının yaranması qiymətlərə də öz təsirini göstərib: “Bütün bunların səbəkarı isə  ərəblərdir. Ərəblər Gəncədə  bu məqsədlə  topdansatışla məşğul olurlar. Onlar ətraf rayonlardan qoyun-quzunu alıb, xüsusi konteynerlərlə öz  ölkələrinə göndərirlər. Bu səbəbdən də əvvəllər 8 AZN olan qoyun əti  10 AZN, quzu əti isə 12-14 AZN-dir. Belə getsə, ətin qiyməti Türkiyədəki həddə gəlib çataacaq. Əvvəllər heyvan aldığımız fermerlər indi  bizimlə yox, ərəblərlə çalışırlar. Onlar deyirlər ki, ərəblərlə al-ver etmək  daha sərfəlidir”-,deyə o bildirib.

Gülnaz Qənbərli

Gununsesi.info