Ərdoğan martın ayının birinci yarısında Moskvaya səfər edəcək

  • Müəllif: admin
  • 03 Fevral 2017 12:16
 erdoqan-putin-1
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martda Rusiyaya  səfər edəcək.
Gununsesi.info  xəbər verir ki, bunu Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriöz “interfax.ru”-ya açıqlamasında deyib.
Türkiyəli səfir deyib ki, Ərdoğanın Rusiyaya bu  səfərində əsas hədəf iki ölkə arasındakı əlaqələrin  daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsidir.
Səfir bildirib ki, Ərdoğan Moskvaya səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.
“Bununla da Ərdoğanın Putinlə son altı ayda dördüncü görüşü olacaq. İki ölkənin liderləri arasında  keçiriləcək görüşdə Türkiyə ilə Rusiya arasında  müxtəlif sahələrdə gələcək əlaqələrin  genişləndirilməsinin və inkişaf etdirilməsinin perspektivləri müzakirə olunacaq”- deyə, o, bildirib.
Gununsesi.info