Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

  • Müəllif: admin
  • 08 İyun 2018 15:11

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

Azərbaycanda qadının özündən yaşca böyük kişi ilə ailə həyatı qurması müzakirə olunmasa da, xanımların özlərindən yaşca kiçik kişiyə ərə getməsi müzakirə edilmir desək, yalan olar. Hələ bu xanımlar məşhurdurlarsa, ümumiyyətlə hər hansı bir söz-söhbətin gəzməsi qaçılmazdır.

“Yaşın nə fərqi var ki” deyərək BiG.AZ olaraq özündən yaşca kiçik şəxslə evlənən məşhur xanımların siyahısını təqdim edirik:

“Eurovision 2012” təmsilçimiz Səbinə Babayeva rejissor Cavidan Qurbanovla ailəlidir.

Səbinə ilə Cavidan arasında müəyyən yaş fərqi var. Səbinə Babayeva 1979-ci ildə, Cavidan Şərifov isə 1985-ci ildə anadan olub. Cütlüyün bu evlilikdən Əli adlı oğulları var.

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

Aktrisa Xuraman Əlizadə də həyat yoldaşından yaşca böyükdür. Oğul anası olan aktrisa ərindən 5 yaş böyükdür.

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

Əməkdar artist Tünzalə Əliyeva həyat yoldaşı Röyaldan yaşca böyükdür. 45 yaşlı aktrisanın ərindən 15 yaş böyük olduğu deyilir.

Qeyd edək ki, T.Əliyeva və Röyal 2013-cü ilin mayında ailə qurub. Onların Zəhra adlı bir qızları var.

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

Müğənni Natavan Həbibi də özündən yaşca kiçik bəylə ailə quran məşhurlardandır. O, özündən 7 yaş kiçik reper Dado ilə evlənib. Cütlüyün evləndikdən 8 ay sonra boşanma xəbəri də yayılıb.

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

Əməkdar artist Nüşabə Ələsgərlinin hazırkı həyat yoldaşı da özündən yaşca kiçikdir. Sənətçinin əri Rza əslən İran vətəndaşıdır. Rza uzun zamandır ki, idmanla məşğul olur və illər öncə əməkdar artistin cangüdəni işləyib.

Qeyd edək ki, N.Ələsgərlinin ilk evliliyindən bir oğlan və qız övladı var.

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR

Əməkdar artist Elnarə Abdullayeva ilə həyat yoldaşı arasında 4 yaş fərqi var. Elxana adlı şəxslə ailəli olan müğənninin bu evlilikdən bir qızı və bir oğlu var.

Ərindən yaşca böyük olan azərbaycanlı məşhur xanımlar - SİYAHI+FOTOLAR