Ərzağa ayda 133 manat xərcləyirik - STATİSTİKA

  • By admin
  • 15 May 2017 10:55

erzaq

Azərbaycanda bir insan ərzağa ayda 133 manat xərcləyir.

Bu barədə Gununsesi.info-ya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, 2017-ci ilin yanvar-aprel ayında Azərbaycanda əhalinin bir nəfərinə düşən orta aylıq pərakəndə ticarət dövriyyəsi 263,5 manat və ya 2016-cı ilin müvafiq dövrünün göstəricisindən nominal ifadədə 36,0 manat çox olub.

Ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla hər ay 133,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları 130,3 manatlıq qeyri-ərzaq məhsulları  alınıb.

Mürtəza

Gununsesi.info