Bu küçədə hərəkət qismən məhdudlaşdırılacaq

  • Müəllif: Firuzə
  • 23 İyun 2026 22:10

Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsinin bir hissəsində (Albert Aqarunov küçəsindən Fətəli xan Xoyski küçəsinədək olan hissədə) 23 iyun saat 23:00-dan 25 iyun saat 23:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Bu barədə Gununsesi.info-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata görə, sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunub.

Gununsesi.info