Övladını təhlükəli şəkildə daşıyan motosiklet sürücüsü saxlanılıb

  • Müəllif: Firuzə
  • 23 İyun 2026 20:02

Bakıda motosiklet sürücünün azyaşlı övladını təhlükəli şəkildə daşıması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.

Gununsesi.info  xəbər verir ki, araşdırmalarla həmin motosikletin 99-R-408 dövlət qeydiyyat nişanlı olduğu və sürücünün 1990-cı il təvəllüdlü şəxs olduğu müəyyən edilib.

Sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.

Onun hərəkətləri ilə bağlı hüquqi məsuliyyət tədbirləri görülür.

Gununsesi.info