Sabirabadın 10 kəndində qaz kəsiləcək

Sabah Sabirabad rayonunun 10 kəndində qaz təchizatı dayandırılacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Salyan Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Məlumata görə, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar avqustun 28-də saat 10:00-dan işlər yekunlaşanadək Sabirabad rayonunun Ulacalı, Bulduq, Ətçələr, Həşimxanlı, Axtaçı-Muğan, Güdəcühür, Qaratoğay, Osmanlı, Şıxsalahlı, Qaragüney kəndlərinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

 

Gununsesi.info