Sumqayıtda mənzildə meyit aşkarlandı

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 19:44

Sumqayıt şəhərində fərdi yaşayış evində meyit aşkar edilib.

Gununsesi.info teleqraf-a istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Nəbi Hümbət oğlu Məhərrəmov meyiti yaşadığı evdə aşkar edilib.

İlkin məlumata görə, onun ölümü qəfil baş verib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Gununsesi.info