Norveç Kralı vəfat etdi

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 11:14

Norveç Kralı V Harald 89 yaşında vəfat edib.

Gununsesi.info  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Kral Sarayı məlumat yayıb.

Açıqlamaya əsasən, Kral Harald bu gün – avqustun 28-də Bakı vaxtı ilə səhər saatlarında Oslo Universitet Xəstəxanasında dünyasını dəyişib. Onun ölüm saatı yerli vaxtla 06:35 olaraq açıqlanıb.

Kral son günlər xəstəxanada müalicə olunurdu. Onun səhhəti avqustun 27-də kəskin pisləşib və Kral Sarayı vəziyyətini “çox ciddi” kimi qiymətləndirib. Harald qanında bakterial infeksiya səbəbilə müalicə alırdı.

Gununsesi.info