SOCAR prezidentinə yeni müşavir təyin olundu

  • Müəllif: Orxan
  • 28 Avqust 2026 13:44

SOCAR prezidenti Rövşən Nəcəf özünə yeni müşavir təyin edib.

Gununsesi.info NOCOMMENT.az-a istinadən xəbər verir ki, bununla bağlı Rövşən Nəcəf müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Səriyyə Bünyatova SOCAR prezidentinin müşaviri təyin olunub.

O, 2023-cü ildən yeni təyinatadək SOCAR-ın vitse-prezidentinin müşaviri vəzifəsində, 2021-2023-cü illərdə isə İqtisadiyyat Nazirliyində çalışıb.

Gununsesi.info