Rusiya Ukrayna ilə bağlı sülh danışıqlarına açıqdır -Peskov

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 23:29

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında sülh danışıqlarının aparılmasına açıq olduqlarını bildirib.

Gununsesi.info xəbər verir ki, Peskov jurnalistlərə açıqlamasında Rusiyanın Ukrayna ilə bağlı məqsədlərinə sülh yolu ilə çatmağa üstünlük verdiyini deyib. Peskovun sözlərinə görə, ABŞ ilə Ukrayna məsələsi üzrə işçi səviyyədə təmaslar davam edir. Kremlin sözçüsü Rusiyanın NATO ölkəsinə məhdud hücum edəcəyi ilə bağlı iddiaları da rədd edib. O bildirib ki, Ukraynada hərbi əməliyyatlar Rusiyanın təhlükəsizliyini təmin etmək və maraqlarını qorumaq məqsədi daşıyır.

Peskov həmçinin Avropanın dondurulmuş Rusiya aktivlərindən Ukraynanın xeyrinə istifadə etməsini qanunsuz adlandıraraq buna qarşı tədbirlər görüləcəyini bildirib.

Gununsesi.info