Azərbaycanlıların olduğu gəmi dronla vuruldu

  • Müəllif: Firuzə
  • 27 Avqust 2026 20:22

Qara dənizdə azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Azərbaycan Dənizçilərinə Dəstək” İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, hadisə avqustun 25-də baş verib. Liberiya bayrağı altında üzən, “Statu Dənizçilik” şirkətinə məxsus “STAR-2” quru yük gəmisi Tuapse limanını tərk edərkən dron hücumuna məruz qalıb.

Məlumata görə, gəminin göyərtəsində 15 azərbaycanlı və 4 türkiyəli dənizçi olub. Hücum nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Gununsesi.info