Tokayev hökuməti istefaya göndərdi

  • Müəllif: Firuzə
  • 28 Avqust 2026 10:35

Qazaxıstanda hökumət istefaya göndərilib.

Gununsesi.info xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən Qazaxıstan hökumətinin üzvləri Nazirlər Kabinetinin yeni tərkibi təsdiqlənənə qədər vəzifələrini icra edəcəklər.

Qeyd edək ki, avqustun 23-də Qazaxıstanın yeni birpalatalı parlamenti olan Kurultaya seçkilər keçirilib.

Gununsesi.info