Əvəz Zeynallı ölkəni tərk edib?

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 13:15

evez

Tanınmış jurnalist Əvəz Zeynallı ölkəni tərk edib. Bu haqda o sosial şəbəkədəki səhifəsində yazıb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə,  Ə.Zeynallı hazırda Almaniyayadır. Aiəlisndən verilən məlumata görə isə  jurnalistin ölkəni tərk etməsinə səbəb eyni universitetdə təhsil aldıqları dostlarından birinin dəvətidir: “Əvəz bəy ölkəni tamam tərk etməyib. Səfər bir neçə gün davam edəcək. Sadəcə, Almaniyada  tələbə yoldaşlarının təşəbbüsü ilə məzun olmalarınını 25 illiyini qeyd edəcəklər. O, vətənini sevən biridir, heç vaxt ailəsini burada buraxıb ölkəni tərk etməz. Sadəcə sosial şəbəkədə onun yazdığı status yanlış anlaşılıb. Bu gediş yalnız səfər çərçivəsindədir”-, deyə  jurnalistin xanımı  bildirib.

Gülnaz Qənbərli

Gününsesi.info