Hakan Şükür Gülənin hesabına kef edirmiş

  • Müəllif: admin
  • 20 Oktyabr 2016 13:10

hakan

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkədən qaçan Hakan Şükürün FETÖ ilə əlaqəsi sayəsində lüks otellərdə və ultra lüks mənzildə pul ödəmədən qaldığı ortaya çıxıb.

Yardım üçün yığılan pulların FETÖ-nün dəbdəbəli yaşayışı üçün xərcləndiyi Maliyyə Nazirliyinin Yoxlama müfəttişlərinin apardığı əməliyyatlar nəticəsində aşkarlanıb.

Təşkilatın ən önəmli maliyyə qaynağı olan Akın İpəyin sahib olduğu Koza Holdinqə aid biri 15 min manat dəyərində olan qızıl kranlar və bir metri 24 min manat dəyərində keramikalarla işlənmiş Marmarisdəki “Angel’s Peninsula” otelinin FETÖ-nün qonaqlara pulsuz fəaliyyət göstərən yerləşmə mərkəzinə çevrildiyi açıqlanıb.

17-25 dekabr hadisəsindən bir gün əvvəl AK Partidəki millət vəkilliyi vəzifəsindən istefa verən və 15 iyul dövlət çevrilişi cəhdindən əvvəl ABŞ-a qaçan Hakan Şükürün FETÖ ilə əlaqələrinin qarşılığını yüksək səviyyədə alması təsdiqlənib.

Nigar Cəfərli

Gununsesi.info