1 həftə müddətində avtonom işləyən smartfon təqdim ediləcək

  • By admin
  • 12 Dekabr 2017 15:52

Az tanınan “Oukitel” şirkəti güclü akkumulyatora malik smartfon təqdim edib. Söhbət “Oukitel K10” modelindən gedir. Yeni qurğu 11 min milliamper/saat tutumlu akkumulyator batareyası ilə təchiz edilib. İddialara görə, tam şarj aparatdan normal istifadə zamanı 1 həftə müddətində avtonom işləməyə imkan verəcək. Aparatın tam enerji ilə doldurulmasına 2,5 saat vaxt sərf olunur.

Gununsesi.info “ICTnews”a istinadən xəbər verir ki, qurğu 2160×1080 piksel təsvir ölçülü, tərəflər nisbəti 18:9 olan 6 düymlük ekran, 6 QB-lıq əməli və 64 QB-lıq daxili yaddaşla təchiz edilib.
Korpusun arxa paneli dana dərisi ilə örtülüb, korpus isə maqnezium ərintisindən hazırlanıb.

Yeni smartfonun texniki xüsusiyyətləri haqda ətraflı informasiya yoxdur. Yalnız o məlumdur ki, qurğunun əsas kamerası iki sensordan ibarətdir.

İstehsalçının sözlərinə görə, smartfon 2018-ci ildə satışa çıxarılacaq.

Gununsesi.info