100 illik bina çökdü 14 ÖLÜ, 9 YARALI, 20 İTKİN

  • By admin
  • 17 İyul 2019 12:13

Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbayda çökən dördmərtəbəli binanın dağıntıları altından 14 nəfərin cəsədi çıxarılıb.

Gununsesi.org xəbər verir ki, ötən gün baş verən hadisədən 9 nəfər yaralı şəkildə xilas ola bilib.

Yanğınsöndürmə və Fövqəladə Hallara Müdaxilə Qüvvələri binanın dağıntıları altında 20-ə yaxın insanın qaldığını ehtimal edir.

Binanın ən az 100 yaşı olduğu deyilir.

Dünyanın ən çox insan yaşayan şəhərlərindən olan Mumbayda binaların təhlükəsizliyi ən əsas problemlərdən biridir.

Gununsesi.org