Alpan kənd sakinlərinin aznews.az-a verdiyi məlumata görə, Əşrəf Süleymanov ruhi xəstədir:

“Ailəsi buna görə ondan ayrılıb. Onlar bir neçə il əvvəl boşanıb. Əşrəf anası ilə yaşayır. Səfurə də atası ilə qalırdı. Onu nənəsi saxlayıb. Səfurə dərslərindən yaxşı qiymət alır. Heyf, çox gözəl, nümunəvi şagird idi.”

Qeyd edək ki, bu gün günorta saatlarında Quba rayonunun Alpan kənd sakini Əşrəf Süleymanov qızı 13 yaşlı qızı Səfurəni bıçaqlayaraq qətlə yetirib.

Gununsesi.info