20 evdə oğurluq edən şəxsi polis saxladı

  • By admin
  • 29 İyul 2016 15:30

ogru

Ümumulikdə 20-yə yaxın mənzildən oğurluq edən saxlanıldı.

Gununsesi.ifo xəbər verir ki,  Abşeron rayon Polis İdarəsinə Ceyranbatan qəsəbəsində bir necə mənzildən oğurluq edilməsi barədə məlumat daxil olub. Aparılan araşdırma zamanı hadisəni törətməkdə şübhəli bilinən Sabirabad rayon sakini 25 yasli Eminağa Cəfərov saxlanilib.

Məlum olub ki, o, 6 ay ərzində ayrı-ayrı vaxtlarda qəsəbə ərazisində umumilikdə 20-ə yaxin mənzildən oğurluq edib.

Saxlanılan E.Cəfərov mənzillərdən əsasən pul və qizil zinət əşiyaları oğurladığını bildirib. Oğurluq yolu ilə əldə etdiyi qızılları satdığını deyən E.Cəfərov butun pulları xərclədiyini bildirib.

Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.

Gununsesi.info