22 yaşlı qız dəm qazından öldü, bir ailənin 4 üzvü isə zəhərləndi

  • Müəllif: admin
  • 10 Dekabr 2016 10:03

qaz

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb. Rayon ərazisində kirayədə yaşayan, Neftçala sakini, 22 yaşlı Aytən Beytulla qızı Səfərova yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb.

Dəm qazı ilə bağlı daha bir hadisə Binəqədi rayonu, Baksol yaşayış massivində qeydə alınıb. Orada yaşayanlar – 39 yaşlı Ramil Ağayev, həyat yoldaşı, 34 yaşlı Şərqiyyə Ağayeva, övladları, 11 yaşlı Rəqsanə Ağayeva və 7 yaşlı Ülviyyə Ağayeva dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.

Hər iki faktla bağlı araşdırma aparılır.

Gununsesi.info