220 terrorçu- kamikadze nəzarətdədir

  • By admin
  • 27 İyul 2016 15:52

brot

Rusiyada hazırda 220 terrorçu- kamikadze nəzarətdədir.

 Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, belə bir bəyanatla Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov çıxış edib. Onun sözlərinə görə, hazırda Rusiyada 220 potensila terrorçu- kamikadze var və onlar daimi nəzarətdədir. Bortnikov deyib ki, hazırda dünyada terrorçu kamikadzelər tərəfindən rezonanasa səbəb olacaq terkatların keçirilməsi tendensiyasının artması müşahidə olunmaqdadır: “Rusiya FTX əməkdaşları “canlı bomba”ların və onların əlaqələri, digər terrorçuların aşkar olunması istiqamətində sistemli iş aparır”. O, eyni zamanda əlavə edib ki, internet terrorçuluq ideologiyasının yayılması sahəsində ciddi problem olaraq qalır: “Bu problem öz həllini tapmalıdır”.

Gununsesi.info