“Prezidentlərin növbəti görüşündən irəliləyiş gözləyirik” - HƏMSƏDRLƏR

  • By admin
  • 27 İyul 2016 15:43

1459854926_1

 

Minsk qrupunun həmsədrləri Ermənistan və Azərbaycan prezidentlərinin növbəti görüşündən irəliləyiş gözləyir.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə, bu barədə amerikalı həmsədr Ceyms Uorlik “Ria Novosti” agentliyinə deyib.

“Vyana və Sankt-Peterburqdakı görüşlər təmas xətti və Ermənistan-Azərbaycan sərhədində nisbi stabilliyin təmin edilməsi və gərginliyin azaldılmasında rol oynayıb. Prezidentlər arasında gözlənilən görüş  tərəflərin atəşkəs rejiminə sadiqliyini nümayiş etdirməlidir. Gözləyirik ki, növbəti görüş tərəflər arasında gərginliyin azaldılmasına yönəlik danışıqlar prosesində nailiyyətin əldə edilməsinə töhfə verəcək” – deyə, C. Uorlik bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri arasında sonuncu görüş iyunun 20-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilib.

Gununsesi.info