Sabiq futbolçu vəfat etdi - Səhər qaçışında

  • By admin
  • 14 Sentyabr 2016 09:20

spartak

Moskva “Spartak”ının keçmiş futbolçusu Artyom Bezrodnı 38 yaşında vəfat edib.
Gununsesi.info Rusiya mətbuatına istinadən xəbər verir ki, idmançı səhər qaçışı zamanı ürəktutmasından ölüb.
Artyom Bezrodnı “Spartak”da 55 oyuna 10 qol vurub. O, həmçinin Almaniyanın “Bayer” və İmişlinin “MKT-Araz” klublarının şərəfini qoruyub.
Futbolçu son illər həyat yoldaşı və oğlu ilə birgə Ukraynanın Sumı şəhərində yaşayıb.

Gununsesi.info