44 nəfər ilan sancmasından xəstəxanaya müraciət edib

  • By admin
  • 02 İyul 2019 12:09

“Bu ilin 6 ayı ərzində 44 nəfər ilan sancması ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib”.

Bunu həmin şöbənin müdiri, Azərbaycanın baş toksikoloqu Azər Maqsudov deyib.

Şöbə müdiri bildirib ki, aprel ayında 6, mayda 21, iyunda da 17 nəfəri ilan sancıb: “Mayda ilan sancanlardan 4-ü, iyunda isə 2-si uşaq olub. Müraciət edənlər Şirvan, Hacıqabul, Şamaxı, Qəbələ, Şəmkir, Tovuz, Yevlax, Gəncədə yaşayanlardır. İlan sancmasından ölüm faktı qeydə alınmayıb”.

A.Maqsudov bu il əqrəb sancması ilə müraciət edənlərin sayının 7 nəfər olduğunu bildirib: “Əqrəb sancanlar arasında uşaq yoxdur. Hamısı müayinə və müalicədən sonar evə buraxılıb”.

Gununsesi.org