
Türkiyənin Çankırı şəhərində yaşayan Necati Çelik adlı sakin dünyanın ən uzun bığına sahib olan insanlardan biridir.
Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, 1970-ci ildə işləmək üçün Almaniyaya gedən N. Çelik gənclərin saçlarını uzatmasına əsəbiləşərək bığlarını uzatmağa qərar verib və o gündən etibarən bığını kəsməyib.
Belə ki, N. Çeliyin 47 ildir kəsmədiyi bığının uzunluğu 2 metr 60 santimetrə çatır. 7 il əvvəl bığlarını hörməyə qərar verən N. Çelik onunla fəxr edir.
Qeyd edək ki, N. Çelik Almaniyada 16 il yaşadıqdan sonra məmləkətinə Çankırıya geri dönərək restoran açıb.
Anar
Gununsesi.info












