5 millət vəkili “İyi Partiya”ya üzv olub

  • Müəllif: admin
  • 25 Oktyabr 2017 16:20

1686000_940x531

MHP-dən ayrılaraq yeni siyasi partiya yaradan Meral Akşenərin “İyi Partiya”sına 5 millət vəkili üzv olub.

Gununsesi.info xəbər verir ki, bu gün Meral Akşenerin liderliyi ilə “İyi Partiya” təsis edilib.

Təsis qurultayında çıxış edən Meral Akşenər bildirib ki, Böyük Millət Məclisində təmsil olunan 5 millət vəkili də partiyaya üzv olub. Onlar Ümit Özdağ, Yusuf Halaçoğlu, İsmail Ok, Nuri Okutan və CHP-dən istefa verən Aytun Çıraydır.

“Düzdür biz TBMM-də patiya qrupu formalaşdıra bilməyəcəyik. Çünki bunun üçün 20 mandata sahib olmaq lazımdır. Amma buna baxmayaraq, yenicə təsis edilən bir partiyanın parlamentdə 5 mandatı var və onlar bizi orada təmsil edəcəklər. Belə ki, parlamentdə AKP 316, CHP 132, HDP 54, MHP 36, İyi Partiya isə 5 manata sahibdir” deyən M.Akşenər bildirib ki, yeni fikir gətirməklə yanaşı, yeni sözlər söyləyib, onu icra etmək niyyətindədirlər.

Gununsesi.info