52 yaşlı kişi araqdan zəhərlənib ölüb

  • Müəllif: admin
  • 15 Dekabr 2017 09:06

Tovuz rayonunda spirtli içkidən zəhərlənən şəxs ölüb.

Gununsesi.info xəbər verir ki, dekabrın 14-də gecə saatlarında komatoz vəziyyətdə xəstəxanaya gətirilən 1965-ci il təvəllüdlü Cəfərov Xəqani Kavış oğlu dərhal süni nəfəs aparatına qoşulsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Həkimlərin səyinə baxmayaraq X.Cəfərov xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, hadisə dekabrın 14-də Tovuz rayonunun Cəlilli kəndində baş verib. Kənd sakini, 52 yaşlı X.Cəfərov evində spirtli içkidən zəhərlənərək komaya düşüb. O, komatoz vəziyyətdə xəstəxanaya çatdırılaraq reanimasiya şöbəsinə yerləşdirilmişdi.

Gununsesi.info