6 yaşlı qız döyülərək öldürülüb - QƏDDARLIQ

  • By admin
  • 01 Avqust 2016 12:31

qiz

 

Azərbaycanda dəhşətli qətl törədilib.

Gununsesi.info “APA”ya istinadən xəbər verir ki, Abşeron rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Şəhər sakini, 6 yaşlı Ramilə Abdulxalıqovanın üzərində xəsarətləri olan meyiti küçədə tapılıb. Uşağın anası Samirə Narıyeva polisə qızının avtomobil vurması nəticəsində öldüyünü bildirib. Araşdırmalar zamanı qızın avtomobillə vurularaq deyil, qətlə yetirildiyi müəyyən edilib.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən, əvvəllər məhkum olunmuş Elnur Hacıyev tutulub. E. Hacıyev azyaşlı qızı döyərək öldürdüyünü etiraf edib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 

Gununsesi.info