66 yaşlı kişi evində ölü tapıldı

  • Müəllif: admin
  • 29 Oktyabr 2016 09:09

1bac187b457e

Bakının Nəsimi rayonunda mənzildə meyit tapılıb.

Gununsesi.info FHN-nin saytına istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz qalması barədə məlumat daxil olub.

Hadisə yerinə gedən Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri mənzilin qapısını açıb.  Evdə 1950-ci il təvəllüdlü Bayramov Fəxrəddin Əhməd oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info