7,2 bal gücündə zəlzələ oldu

  • By admin
  • 01 Sentyabr 2016 22:04

zellan

ABŞ-ın geoloji xidmətinin məlumatına görə, Sakit okeanın Yeni Zelandiya sahillərində 7,2 bal gücündə zəlzələ baş verib.

Gununsesi.info xəbər verir ki,  bu barədə RİA Novosti informasiya agentliyi məlumat yayıb.  Xəbər verilir ki, yeraltı təkanlar Gisborn şəhərinin 147 kilometr şimal-şərqində qeydə alınıb. Zəlzələ ocağı yerin 159 kilometr dərinliyində yerləşib.

Həlak olanlar və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan olunmayıb.

Gununsesi.info