9 PKK terroristi məhv edildi

  • By admin
  • 25 İyul 2017 23:10

turk-silahli-kuvvetlerince-irak-in-kuzeyindeki-zap-9870556_6449_o

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türk Silahlı Qüvvələrinin terrora qarşı mübarizəsi davam edir.

Bu gün axşam saatlarında verilən açıqlamaya görə, İraqın şimalında yerləşən Zap bölgəsində həyata keçirilmiş hərbi hava əməliyyatlarında 9 PKK üzvü məhv edilib.

Türk Silahlı Qüvvələrinin verdiyi məlumata əsasən, terroristlər sərhəd xəttində yerləşən polis bölmələrinə hücum etməyi planlaşdırırmış. PKK-ya qarşı yönəlmiş əməliyyatlar Türk Hava Qüvvələrinə aid hərbi təyyarələr vasitəsilə təşkil olunub.

Gununsesi.info