Balıqçı gəmisi batdı: 6 nəfər itkin düşdü

  • By admin
  • 19 Mart 2017 13:47

sea_migrants

 

Çinin şərqində Çjetsyan vilayətində balıqçı gəmisi batıb

Axar.az xəbər verir ki, bu barədə ölkənin “Sinxua” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə vilayətin Çjouşan şəhəri sahillərində baş verib.

İçərisində 11 nəfərin olduğu gəmi balıq ovu zamanı batıb.

Son məlumata görə, 5 nəfərin həyatını xilas etmək mümkün olub. 6 nəfər balıqçının taleyi isə hələ məlum deyil.

Hazırda xilasedicilər dəniz sahillərində itkin balıqçıların axtarışını davam etdirirlər

 

Gununsesi.info