Hörmüz boğazında tanker minaya düşüb

  • Müəllif: Firuzə
  • 26 İyul 2026 21:19
Radar sistemini söndürən neft tankeri Hörmüz boğazında minaya düşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə “Defa Press”ə məlumatlı mənbə bildirib.

“Bir saat əvvəl Hörmüz boğazında İranın müəyyən etdiyi marşrutdan kənara çıxan tanker dəniz minasına düşüb”, – o qeyd edib.

Bundan əvvəl İranda gəmilərə dəfələrlə xəbərdarlıq edilmişdi ki, Tehranın müəyyən etdiyi Hörmüzdən keçid qaydalarının pozulması təhlükəli nəticələrə səbəb ola bilər.(report)

Gununsesi.info