ABŞ Prezidenti Donald Tramp ölkəsinin İranla müharibə zamanı sursat çatışmazlığı yaşadığı barədə iddiaları təkzib edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Tramp bildirib ki, ABŞ dünyada ən böyük sursat ehtiyatına malikdir və bu ehtiyat ölkənin ehtiyaclarından xeyli çoxdur.
O, sursat çatışmazlığının Vaşinqtonun İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları bərpa etməməsinin səbəbi olması barədə yayılan məlumatların həqiqəti əks etdirmədiyini vurğulayıb.











