Ukrayna Prezidenti Volodimir Zelenski Xəzər dənizindəki insidentlə bağlı İranın təhdidlərinə münasibət bildirib.
Gununsesi.info xəbər verir ki, bu barədə o, “Sky News”a danışıb.
Ukrayna lideri İranın Rusiyaya silah tədarük etməklə uzun müddətdir ölkəsinə hücum etdiyini vurğulayıb.
“Ehtiyatlı olmalıyıq. Yeni cəbhə açmamaq üçün hər şeyi etməliyik. Amma dürüst olmalıyıq: iranlılar və Şimali Koreyalılar artıq bizə hücum ediblər”.
Zelenski İranın hücumlarını artırmayacağına ümid etdiyini, amma hər şeyə hazır olmalı olduqlarını vurğulayıb:
“Bu insanlara etibar edə bilmərik, çünki lap əvvəldən, bizim tərəfimizdən heç bir eskalasiya olmadan, iranlılar (Rusiyaya) silah tədarük ediblər”.
İran Ukraynanı Xəzər dənizində gəmilərindən birinə hücum etməkdə ittiham edib. Tehran bildirib ki, Xəzər dənizindəki hücum nəticəsində bir dənizçi həlak olub, biri isə yaralanıb. Tehran gəmiyə hücumu “təcavüz aktı” adlandıraraq, buna cavab verəcəyini bəyan edib. İran Xarici İşlər Nazirliyi hadisədən sonra Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkilini çağırıb. İran xarici işlər naziri Abbas Əraqçi söyləyib ki, Ukraynanın İran ticarət gəmisinə hücumu cavabsız qala bilməz.











