17 yaşlı boksçu döyüşdən sonra öldü

  • Müəllif: admin
  • 26 Mart 2017 12:16

bokscu

 

 

Böyük Britaniyada gənc boksçu həvəskar turnirdən sonra vəfat edib.

Report xəbər verir ki, 17 yaşı olan həvəskar boksçu 24 mart ərəfəsində keçirilən yarışlarda iştirak edib.

Döyüşdən sonra idmançının vəziyyəti pisləşib, ona ilkin tibbi yardım göstərilib. Lakin oğlanın həyatını xilas etmək mümkün olmayıb, o, xəstəxanaya gəldikdən sonra dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info